Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub. Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

“Qəbələ” “İnter”lə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.


AzNews.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - Aleksey Antonov fərqlənib. 5 dəqiqə sonra Dieqo Martins hesaba tarazlıq gətirib. Oyunda başqa qol qeydə alınmayıb - 1:1.

Beləliklə, "Qəbələ" 12 oyundan 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "İnter" 20 xalla 4-cüdür.

Turun digər oyunlarının nəticələri:

"Zirə" – "Sumqayıt" - 3:2
AZAL – "Kəpəz" - 1:1
"Neftçi" – "Rəvan" - 2:3
"Xəzər Lənkəran" – "Qarabağ" - 0:1