"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 33 nəfər xilas edilib, bir nəfər isə həlak olub. "Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 33 nəfər xilas edilib, bir nəfər isə həlak olub.

33 neftçi xilas edildi - 1 nəfər isə həlak oldu (Yeniləndi 6)

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 33 nəfər xilas edilib, bir nəfər isə həlak olub.

***
16:50

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 32 nəfər xilas edilib.

Bu barədə "Azneft" İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

"Reuters" agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda 32 işçinin həlak olduğu bildirilir.

Hadisə baş verən vaxt 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10-cu dərin dəniz özülündə 63 nəfər işdə olub.

Özülün rəisi Allahverdi Məmmədov olub.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

Apa

***
15:11

Verilən son məlumata görə, "Günəşli" yatağında yanan platformadan xilas edilənlərin sayı 25-dən artıqdır.

***
14:47

Saat 14:00-da verilən məlumata görə, yanan platformadan xilas edilənlərin sayı 20-yə çatıb.

Trend
***
14:15

"Günəşli" yatağının yanğın baş vermiş 10-cu platformasında xilas edilənlərin sayı artıb. Artıq onların sayı 9-a çatıb.

Hadisə rayonunda xilasetmə işləri gərgin şəraitdə davam edir. Tez-tez dəyişən küləyin sürəti hazırda saniyədə 37-38 metrə, dalğanın hündürlüyü isə 10 metrə çatır.
Ans press

***
13:33

"Günəşli" dəniz yatağında yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, 5 nəfər xilas edilib.

Xilas edilənlərin birinin qadın, dördünün kişi olduğu bildirilir.

Trend.az

***
13:19

"Artıq qayıqlarda olan iki nəfər xilas edilərək xilasedici gəmiyə mindirilib".

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində hadisə ilə bağlı yaradılmış qərargahdan bildirilib.

Məlumata görə, xilasetmə əməliyyatlarına Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və FHN-in əməkdaşları cəlb edilib.

Xilasetmə əməliyyatlarının havadan helikopeterlər, dənizdən isə gəmilər vasitəsi ilə aparıldığı deyilir: "Əldə etdiyimiz məlumata görə, iki nəfər artıq xilas edilərək xilasedici gəmiyə mindirilib".

Qərargahdan SOCAR rəhbərliyinin hələ də hadisə yerində olduğu bildirilib: "Başda şirkətin prezidenti Rövnəq Abdullayev olmaqla bütün rəhbərlik hadisə yerindədir. Xilasetmə əməliyyatları davam etdirilir".

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9" və "Topaz" yanğınsöndürən gəmiləri, habelə "Avyor" dalğıc və "Samir Quliyev" yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Report.az