Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin günəşli olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin günəşli olacağı gözlənilir.

Sabah əsl dəniz havası olacaq

Bakıda və Abşeron yarımadasında bazar günü hava şəraitinin günəşli olacağı gözlənilir.


Bu barədə AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentin məlumat verilib. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

Havanın temperaturu Avşeron yarımadasında gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir