17:01
(077) 610-22-33

“Dedilər ki, get Gülənin yanına, sənə sponsorluq edər” - Şeyx Əbdül onları müdafiə etdi

  • >
27 514 13 Avqust 2016 13:38 | Cəmiyyət

“Tünzalə Ağayeva ilə Azərini sözləri Fətullah Gülənə məxsus mahnını oxuduqlarına görə ittiham eləmək yol verilməzdir”.

Bunu AzNews.az-a Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Azərbaycanın tanınmış müğənnilərinin Fətullah Gülənin mahnılarını ifa etməsinə münasibət bildirərkən deyib.



Ə.Mahmudbəyov qeyd edib ki, hər iki müğənninin siyasətlə məşğul olmadığı açıq-aşkar görünür: "İndi biz Tünzalə Ağayeva ilə Azərini güllələyək? Bu ittihamlar böyük bir qəbahət və günahdır. Nə vaxtsa hansısa bir mahnı oxuyub deyə yenidən gündəmə gətirib, onları topa-tüfəngə tutmaq yolverilməzdir".

Ə.Mahmudbəyovun fikrincə, hər iki Azərbaycan sənətçisi Türkiyədə özlərinə karyera qurmaq üçün F.Gülənin mahnıları oxuyub: "Mən o vaxt türk dünyası haqqında TRT-də silsilə layihələr hazırlamaq istəyirdim. Həmin vaxt sponsor tapa bilmədim. Mənə həm Azərbaycan, həm də Türkiyənin yüksək şəxsləri dedi ki, "ay kişi, bu dəqiqə bütün türk dünyası Gülənin başına yığılıb. Fətullag institutlar açıb böyük mədəniyyətlərə milyonlar xərcləyir. Get onun yanına, sənin üçün studiya açar". Dedim ki, kimsə bir işə pul xərcləyirsə, mütləq qarşılığını umur, nəsə şərt qoyur. Böyük bir mədəniyyəti kimlərinsə şərti altında özəlləşdirə bilmərəm. Azərbaycan müğənnilərinin Gülənin mahnılarını oxumasına gəlincə, o yazıq müğənnilər nə bilsin ki, Gülənin arxasında nə dayanıb? Onların söz və musiqi xoşlarına gəlib və türk mədəniyyətinə xidmət eləmək məqsədi ilə ifa ediblər. Sənət adamları gündəmdə olmaq, sevilmək üçün xoşagəlimli mahnılar oxuyur".

Qeyd edək ki, Azərbaycanın tanınmış müğənnilərindən olan Azərinin və Tünzalə Ağayevanın adı Fətullah Gülənə yaxın olmaqda hallanır. Belə ki, Azərin 2012-ci ildə Türkiyədə "Saman yolu" televiziyasının 20 illik yubileyi ilə əlaqədar keçirilən konsertdə sözləri Fəthullah Gülənə, musiqisi Ertugrul Erkişiyə aid "Dünya", Əməkdar artist Tünzalə Ağayeva isə "Ona gedən yol" adlı konsertində Fətullah Gülənin sözlərinə bəstələnmiş "Gullerin Efendisi" adlı mahnılarını ifa edib.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X