"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək". "Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".

Bakıya yeni avtobuslar gətirilir

"Bakıda marşrut avtobuslarının yenilənməsi prosesi davam edəcək".


Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, bu məqsədlə sentyabr ayında Bakıya 50-dən artıq yeni marşrut avtobusu gətiriləcək.

M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi yararsız avtobusları istismara buraxmayacaq: "Yol qəzalarının əksəriyyəti istismara yararsız olan nəqliyyat vasitələrinə görə baş verir. Standartlara cavab verməyən marşrut avtobusları xətlərdən yığışdırılacaq"

Femida.az