09:33
(077) 610-22-33

Sabah TRT 1-in Azərbaycanda yayımı bərpa olunacaq

  • >
2 691 28 Fevral 2017 14:25 | Cəmiyyət

Türkiyə Baş Nazirliyi yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Milli Televiziya və Radio Şurası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio, Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi arasında əldə olunan razılığa əsasən TRT 1 televiziya kanalının Azərbaycan ərazisində sosial paket daxilində yayımı bərpa olunacaq.

AzNews.az xəbər verir ki, 2016-cı ilin noyabr ayından etibarən mərhələli şəkildə Azərbaycan ərazisində analoq TV yayımının dayandırılmasından sonra, TRT 1 televiziya kanalı martın 1-dən etibarən öz verilişləri ilə rəqəmli sosial paket daxilində gündəlik 24 saat Azərbaycan tamaşaçısının qarşısına çıxacaq.

Qeyd edək ki, TRT 1 televiziya kanalı, 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətlərarası müqavilə əsasında yayımı həyata keçirir.

AzNews.az

Bağla X