Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb. Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.

Bakı metrosunda tuneldə tüstülənmə olub - sərnişinlər təxliyə edilib - Yenilənib (Foto)

Bakı metropolitenində tüstülənmənin qarşısı alınıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hazırda sərnişinlərin “28 may” metro stansiyasına girişi bərpa olunub.

***

Bakı metropolitenində tuneldə baş verən tüstülənmə ilə əlaqədar sərnişinlər təxliyə edilib.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin təcili tibbi yardım maşınları cəlb olunub.

Hadisə nəticəsində bir neçə nəfər tüstüdən zəhərlənib.

***

Bakı metropolitenində tuneldə tüstülənmə başlayıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə “28 may” və “Gənclik” metro stansiyaları arasında baş verib.

Hazırda mütəxəssislər tüstünün mənbəyini müəyyənləşdirir. Hadisə qatarların hərəkətinə təsir etməyib. Sərnişinlər üçün təhlükə olmadığı bildirilir.

image description image description image description