21:52
(077) 610-22-33

Seksual manyaklar necə formalaşır?

  • >
3 370 1 Fevral 2013 16:58 | Cəmiyyət

Artan kriminal qətllərin psixoloji aspektləri AzNews.az-da

Son günlər baş verən utancverici cinayət xəbərləri, bu proseslərin pərdəarxası məqamlarına xüsusi diqqət ayırmağı tələb edir. Məlum olduğu kimi yaxın günlərdə ölkə mətbuatını 2 xəbər sarsıtdı. Bunlardan biri Bakıda 2 bacısını zorlayan və videoya çəkən oğlanın, digəri isə Zərdab rayonunda 13 yaşlı qızın evli birisindən uşaq dünyaya gətirməsi xəbəridir.

Maraqlıdır, görəsən, son zamanlar bu qəbildən olan hadisələrin əsl səbəbləri nədir? Axı hansı nüanslar gənclərimizin psixologiyasına köklü şəkildə zərbə vurur?
Potensial "seksual manyaklar"

Psixoanalitik İbrahim İbrahimlinin sözlərinə görə, indiki cavanlarda cinsi həyat daha şikəstdir:" Televiziyalar, internet, mobil telefonlar uşaqların cinsi tərbiyəsini daha tez pozur. Beləliklə də gələcəyin potensial "seksual manyakları" formalaşır".
O, hadisləri psixoanalitik baxımdan belə təhlil edərək, hadisələrə ciddi yanaşmağı tövsiyyə etdi:"Yaxın qohumlar arasında olan cinsi əlaqəyə psixoanalizdə insest deyilir. "Totem və tabu" əsərində Freyd insest məsələsinə toxunub:

"Bu əsərdə o, Avstraliyada yaşayan vəhşi tayfaların cinsi həyatının psixoanalizini verib. Hər qəbilənin öz müqəddəs heyvanı olub və bu onların totemi sayılıb. Məsələn qara bəbir totemli tayfa heç vaxt ceyran totemli tayfanın insanı ilə cinsi əlaqəyə girməzdi, girsə belə bunun cəzası ölüm idi. Avstraliyada elə tayfalar var ki, orda oğlan cinsi yetkinlik yaşına çatanda avtomatik olaraq evi tərk edir və öz dostu ilə yaxud tək başına başqa yerdə yaşayır. Onu öldürsələr də bacısı ilə bir evdə yaşamaz. Yaxud elə insanlar var ki, öz qayınanasını görədndə qaçıb hardasa gəzdən itir.
Bəs maarqlıdır, görəsən bu tabular (qadağalar) hardan yaranır? Niyə insanlar arasında belə münasibətlər var? Bu qadağalar boş yerə deyil. Freyd ilk psixoloq idi ki, valideynlərlə övlad arasında olan cinsi əlaqədən bəhs edirdi.Onun sözlərinə görə, oğlanın anasına, qızın isə atasına cinsi istəyi olur, lakin bu hissin öhdəsidnən gələrək, boğurlar. Günümüzdə baş verən hadisələr də bunu təsdiq edir ki, cinsi istək danılmaz faktdır".
"Seksin varlığını gizlədirik"
"Bəzən qardaşla bacı bir otaqda yatır, yaxud qız uşağı atasının yanında açıq-saçıq geyinib, otaqda gəzir. Bu zaman avtomatik olaraq əks cinsin şüuraltında reaksiyalar gedir. Nə qədər gizlətsək də əslində bu cür cinayətlərin sayının artması bizim belə nüanslara inanmamağımızdan irəli gəlir. Biz heç vaxt düşünmürük ki,qardaş bacıya yaxud ata qızına cinsi həvəs duya bilər. Buna görə də bu tip hadisələr yaşanır. Çünki, biz seksin varlığını gizlədirik. Bir filosofun belə sözü var:"Nəyi saymasan o mütləq bir gün qisasını alacaq".

Biz cinsi həyatı saymırıq, ona görə də o bizdən qisasını alır. Bu gün cinsi həyat şikəst vəziyyətdədir. Boşanmaların sayının artmasının ən başlıca səbəblərindən biri də budur. Bəzən bir evdə 4 qardaş və 4 gəlin bir yerdə yaşayır və onlar nə dərəcədə risk etdiklərini bilmirlər. Bəzən uşağın dayısıdır, əmisidir deyib bir otaqda qalmasına razı olurlar. Lakin bu zaman insanın bioloji varlıq olmasını unudur və şüuraltındakı "canavar"dan xəbərsiz hərəkət etmiş olurlar. Valideynlər və uşaqlar arasında cinsi istək olmasa idi biz bu cür yuxular da görməzdik. Yuxularda təsdiq edir ki, bu istək cinsi istəkdir və bundan ehtiyatlı olmalıyıq. Ümumiyyətlə cinsi yetişkənlik yaşına çatmış insanları bir otaqda saxlamaq, bir çarpayıda yatırtmaq, evdə tək qoymaq olmaz. Bütün bunlar bu cür cinayət, ailə dramları ilə yekunlaşa bilir. Bu hadisə cəmiyyətdə də birmənallı qarşılanmır".
Mətbuat nə etməlidir?

"Qurunun oduna yaş da yandı"- misalı tək insanlar mənəvi cəhətdən yaralanır. Digər gənclərdə bu hadisələrdən müəyyən zərbələr alırlar. Proseslərə gənclərin yanaşması da müxtəlifdir.
"Mən ümumiyyətlə belə xəbərlərin mətbuatda əks olunmasını bəyənmirəm"-deyən, universitet tələbəsi olan 20 yaşlı Ülkər Eldarqızı səbəbini belə izah etdi:"Necə ki, digər sahədə də qəza xəbərləri çoxaldıqca statistika artır eləcə də belə xəbərlərin yayımlanması ilə bu hadisələrin çoxalma ehtimalı artır. Bir azərbaycanlıya, ümumən insanlığa yaraşmayaan hərəkətlərdir. Bu ailə dəyərlərinin korlanmasından xəbər verir və həmin insanlar həm bu dünyada həm o biri dünyada da cəzalarını ödəyəcəklər".

Bu mövzuları öz yaradıcılığında tez-tez qaldıran yazar Günel Mövlud isə məsələyə belə yanaşdı: "Nə qədər ki, Azərbaycanda azad seksual münasibətlər, seksual tərbiyə olmayacaq, nə qədər ki, yeniyetmələr cinsəl mövzular barədə maariflənməyəcək, belə hallar daim yaşanacaq və artacaq. Bütün bu əxlaqsızlığın kökü, insidentlərin səbəbi hamısı mentalitetin, tabuların, qadağaların içində gizlənib. Mütləqdir ki, maarifləndirmə işləri mütəmadi şəkildə aparılsın. Əks təqdirdə ata qızını, qardaş bacını zorlamaqda davam edəcək və azyaşlı qızlar bunların qurbanı olacaq".

Fəridə Abdıyeva
AzNews.az


Bağla X