16:14
(077) 610-22-33

Bakıda yol polisi qaydanı belə pozdu - Video

  • >
2 579 1 May 2017 16:12 | Cəmiyyət

Bakıda Dövlət Yol Polisinin əməkdaşı yol hərəkəti qaydasını pozub.

İstiPress-in məlumatına görə, yol polisinin qayda pozuntusunu əks etdirən videonu Xəyyam Hüseynli adlı istifadəçi sosial şəbəkədə paylaşıb.

Videodan görünür ki, sürücü hərəkətdə olarkən yolun sağ tərəfindən DYP əməkdaşı xidməti avtomobili ilə qəfildən yola çıxaraq əks istiqamətdə hərəkət edib.

Həmin an DYP maşınının sayrışan işıq və xüsusi səs siqnalı qoşulu olmayıb. Hadisə aprelin 28-də baş verib.

Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov İstiPress-ə bildirdi ki, əgər avtopatrulu idarə edən müfəttiş qaydanı pozubsa, günün sonunda cəzalandırılacaq.

“DYP-nin hər bir xidməti avtomobili müasir texnologiyalarla təmin edilib və onlar xüsusi operatorlar tərəfindən izlənilir. Əgər həmin ərazidə müfəttiş qaydanı pozubsa, cəzalandırılacaq. Sayrışan işıqları və xüsusi səs siqnalından niyə istifadə etmədiyi araşdırılacaq”, - deyə V.Əsədov bildirib.

AzNews.az

Bağla X