10 günə yaxındır ki, avtomobillərə pərdə və jalüzlərin vurulmasına icazə verilib. Amma hələdə bir çox sürücü bu vasitələrdən düzgün istifadə qaydasını bilmir. 10 günə yaxındır ki, avtomobillərə pərdə və jalüzlərin vurulmasına icazə verilib. Amma hələdə bir çox sürücü bu vasitələrdən düzgün istifadə qaydasını bilmir.

Hansı pərdə və jalüzlərə icazə verilir? - Sürücülərin diqqətinə (Video)

10 günə yaxındır ki, avtomobillərə pərdə və jalüzlərin vurulmasına icazə verilib. Amma hələdə bir çox sürücü bu vasitələrdən düzgün istifadə qaydasını bilmir.

Avtomobil bazarında bir neçə ildi bu işlə məşğul olan ustalar da deyir ki, əvvəllər pərdə və jalüzlərin bir neçə növü var idi. Sonradan onlar qaydalara uyğun olan pərdələri hazırlamağa başlayıblar.

İndi ustaların əksəriyyəti "maqnit" adlanan pərdə hazırlayır.

Yol Hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, avtomobilə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzə icazə verilir.

Qeyd edək ki, standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır. Bu tələbləri pozan sürücülər məsuliyyətə cəlb edilərək 150 manat məbləğində cərim edilə bilər.