09:05
(077) 610-22-33

Zəlzələ haqda açıqlama - “7 bala çata bilərdi”

  • >
3 814 11 May 2017 10:33 | Cəmiyyət

Bu gün səhər saatlarında Saatlıda baş verən zəlzələ bu ilin ən güclü zəlzələsi sayılır.

Bunu Trend-ə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, zəlzələ dərində olduğundan ətraf rayonların hamısında hiss edilib: “Çünki zəlzələ zəif olmayıb. Ocaqda baş verən zəlzələ güclüdür. Episentrdə zəlzələ 5-7 km dərinlikdə olsaydı, bu, 7 bala kimi hiss olunan zəlzələ olardı. Sadəcə, zəlzələ 50 km dərinliyində olduğundan, onun hiss edilməsi dairəsi geniş olub və zəlzələ daha çox geniş ərazini silkələyib. Saatlı, Beyləqan, Cəlilabad rayonlarında zəlzələ 4 bala kimi hiss edilib”.

Q.Yetirmişli qeyd edib ki, bu zəlzələni insanlar hiss etsələr də, belə dərinlikdə olan zəlzələlər dağıntı törətmir:

“Belə zəlzələlər zamanı dağıntılar ola bilməz. Ola bilsin ki, keyfiyyətsiz tikinti materiallarından istifadə edilən bəzi tikililərdə bu halda dağıntı ola bilər. Amma episentr özü yaşayış məntəqəsi deyil”.

Q.Yetirmişli bildirib ki, bu zəlzələdən sonra səhər saatlarında yenidən həmin dərinlikdə 2,9 bal gücündə təkanlar qeydə alınıb:

Belə təkanların hələ qeydə alınacağını söyləyən mərkəz direktoru əlavə edib ki, bundan sonra 5 baldan güclü zəlzələnin baş verəcəyi gözlənilmir: "Ola bilər ki, səthə yaxın - qırılma xətti boyunca hiss olunan zəlzələ ola, layların parçalanması da baş verə bilər. Amma bu təkandan güclü zəlzələnin baş verəcəyini gözləmirəm”.

AzNews.az

Bağla X