“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 16.00-da həyata keçirməli olduğu Bakı-Ankara aviareysində özünü pis edən sərnişin həkim müayinəsindən keçib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 16.00-da həyata keçirməli olduğu Bakı-Ankara aviareysində özünü pis edən sərnişin həkim müayinəsindən keçib.

Bakı-Ankara reysində ləngimə - Yenilənib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 16.00-da həyata keçirməli olduğu Bakı-Ankara aviareysində özünü pis edən sərnişin həkim müayinəsindən keçib.

AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski APA-ya bildirib ki, həmin qadın sərnişinin səhhəti ilə əlaqədar bugünkü reysdə uçmayacağı dəqiqləşib.

AZAL-ın Bakı-Ankara reysi ilə uçmalı olan təyyarə qısa zamanda havaya qalxacaq.

***

17:59

AZAL-ın bu gün saat 16.00-da Bakı-Ankara reysi ilə havaya qalxmalı olan təyyarəsinin uçuşu ləngiyir.

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənsiki APA-ya bildirib ki, buna səbəb təyyarənin sərnişinlərindən birinin özünü pis hiss etməsidir. Həmin şəxs ürək ağrılarından şikayətlənib.

Bununla əlaqədar həkim çağırılıb, hazırda sərnişin həkim müayinəsindən keçir. Həkim müayinəsinin nəticəsindən asılı olaraq sərnişinin bu reyslə uçub-uçmayacağı barədə qərar veriləcək.

AzNews.az