22:13
(077) 610-22-33

İsmayıllıda güclü qasırğa ciddi fəsadlara səbəb oldu - "Çovğun hamısını apardı, yorğan-döşək selin içində" (Video)

  • >
2 682 22 May 2017 20:16 | Cəmiyyət

Ötən gün günorta saatlarından şimal-qərb bölgəsinə güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Fəsadlar ən çox İsmayıllıda özünü göstərib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, güclü külək İsmayıllıda elektrik xətlərinə, evlərin və binaların dam örtüyünə, təsərrüfata xeyli ziyan vurub.

İsmayıllının elektrik, rabitə və qaz təsərrüfatına ciddi zərər dəyib. 20-dən çox ağacın elektrik xətlərinin üzərinə aşması nəticəsində 10 kv-luq və 10 yerdə 0.4 kv.luq hava xətləri sıradan çıxıb, kənd təsərrüfatına və əkin sahələrinə xeyli ziyan dəyib. Evlərin zirzəmilərinə su dolub. İsmayıllı şəhər 6 və 2 saylı tam orta məktəblərinin, İsmayıllı Şəhər Bələdiyyəsinin, 8 ümümi yaşayış binası və 10-a yaxın sahibkarlıq obyektinin dam örtüyü ciddi zərər görüb. 1 avtomobilin üzərinə ağac aşması nəticəsində yararsız hala düşüb.

Mehdi Kərimov- Sakin: "4 baş ailəyik. Çovğun gəldi götürdü apardı. Yorğan-döşək hamısı selin içindədir".

Hazırda şəhərə dəyən zərərin miqdarı hesablanır. İsmayıllı rayon Elektrik şəbəkəsindən verilən məlumata görə artıq şəhərin bir hissəsinə işığın verilişi bərpa olunub, digər hissəsində isə bərpa işləri davam etdirilir. Şəhər ərazisində yaranan problemlərin aradan qaldırılması üçün aidiyyatı qrumlar lazım olan istiqamətdə iş fəaliyyətlərini davam etdirilər.

Bağla X