21:55
(077) 610-22-33

Tanınmış azərbaycanlı cərrah həbs edildi - Gürcüstanda

  • >
3 398 23 May 2017 14:51 | Cəmiyyət

Tanınmış azərbaycanlı cərrah, professor Fərman Ceyranlı Gürcüstanda saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Gürcüstan İctimai Televiziyası məlumat yayıb.

Gürcüstan mətbuatında gedən məlumatlardan aydın olur ki, F. Ceyranlının rəhbərlərindən biri olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib.

Klinikanın sahiblərindən olan F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Bu gün F. Ceyranlının məhkəməsi keçiriləcək. Onun barəsində həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

AzNews.az F. Ceyranlının rəhbərlik etdiyi “Lanset” klinikası ilə əlaqə saxlasa da məsələ ilə bağlı məlumat verilməyib.

Bağla X