01:57
(077) 610-22-33

Daha bir ştat Xocalı soyqırımını tanıdı

  • >
382 10 Fevral 2013 22:52 | Cəmiyyət

Arkanzas ştatının Nümayədələr Palatası Xocalıda baş verənlərin soyqırım kimi tanıması barədə qətnamə qəbul edib



Fevralın 8-də ABŞ-ın Arkanzas ştatının Nümayədələr Palatası Xocalı soyqırımını tanıyıb. Qurum Xocalıda baş verənlərin soyqırım kimi tanıması barədə qətnamə qəbul edib.

AzNews.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə,bBu qətnamə layihəsi Jonathan Barnett və Karen Hopper tərəfindən Nümayəndələr Palatasına təqdim olunub. Qətnamədə göstərilir ki, 1992-ci ilin 25-26 fevral tarixində Ermənistan silahlı qüvvələri və rus qoşunları Dağlıq Qarabağda Xocalı şəhərinə hücum edib.

Bu zaman Azərbaycan əhalisi kütləvi soyqırıma məruz qalıb, mindən çox adam öldürülüb. Öldürülənlərin əksəriyyətini isə qadın və uşaqlar təşkil edib. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb.

AzNews.az
Bağla X