DİNİ EKSTREMİZMDƏ GÜNAHLANDIRILAN AZƏRBAYCANLILAR ARTIQ SANKT-PETERBURQDAN ÇIXARILIBLAR DİNİ EKSTREMİZMDƏ GÜNAHLANDIRILAN AZƏRBAYCANLILAR ARTIQ SANKT-PETERBURQDAN ÇIXARILIBLAR

Azərbaycanlılar Rusiyadan deportasiya edildi

DİNİ EKSTREMİZMDƏ GÜNAHLANDIRILAN AZƏRBAYCANLILAR ARTIQ SANKT-PETERBURQDAN ÇIXARILIBLAR



Rusiyanın Federal Miqrasiya Xidməti Sankt-Peterburqda keçirilən reyd zamanı dini ekstremizmdə günahlandırılan azərbaycanlıların deportasiyasına başlayıb. AzNews.az News.ru-ya istinadən xəbər verir ki, artıq saxlanılan Azərbaycan və Tacikistan vətəndaşları şəhərdən çıxarılıb: "5 Tacikistan vətəndaşı və Azərbaycandan olanlar vətənlərinə göndəriliblər. Özbəkistan vətəndaşları da yaxın zamanda deportasiya ediləcəklər".

Qeyd edək ki, əməliyyat nəticəsində dini qruplaşmada təmsil edildikləri bildirilən 271 nəfər saxlanılıb. Əməliyyatın sosial şəbəkədə "Peterburq camaatı" adlandırılan radikal dini qruplaşmanın təbliğatını genişləndirməsindən sonra keçirilib.

Elnarə Əlosmanqızı
AzNews.az

image description