22:23
(077) 610-22-33

Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutuldular - Foto

  • >
715 20 İyun 14:21 | Cəmiyyət

Bakıda mənzillərdən silsilə oğurluqlar edən şəxslər tutulublar.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətinin üstü açılıb.


Həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40000 (qırx min ) manat olan qızıl-zinət əşyaları oğurlayıblar.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər cinayətlərdə iştiraklarının olduğunu da istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət edə bilərlər.

Bağla X