“Wikipedia”nın Azərbaycan dilində olan bölməsində məqalə sayı artıb. “Wikipedia”nın Azərbaycan dilində olan bölməsində məqalə sayı artıb.

Azərbaycanın “Wikipedia”da uğuru – 54-cü pilləyə yüksəldik

“Wikipedia”nın Azərbaycan dilində olan bölməsində məqalə sayı artıb.

AzNews.az “AZERTAC”a istinadən xəbər verir ki, “az.wikipedia.org”da hazırda 120 min 575 məqalə var.

Son illərdə bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. AMEA-nın Mərkəzi Elmi Kitabxanasından verilən məlumata görə, son bir həftədə Azərbaycan dilində “wikipedia” iki pillə irəliləyiş əldə edib.

Bir neçə gün bundan əvvəl hind dilində olan “Wikipedia”nı keçərək 55-ci pillədə qərarlaşan “az.wikipedia” dünən volapük dilində olan“Wikipedia”nı da keçərək 54-cü pilləyə yüksəlib.

Hədəf ən qısa zamanda ilk əlliliyə daxil olmaq və beləliklə həm kəmiyyət, həm də keyfiyyət baxımından yüksək inkişaf əldə etməkdir.

MEK-in sərbəst elektron resuslarla iş şöbəsinin əməkdaşları “Wikipedia” elektron ensiklopediyasının Azərbaycanda kütləviləşdirilməsi istiqamətində işlərinə davam etməkdədir. Mərkəzdə “Wikipedia” ilə bağlı öyrədici seminarlar, görüşlər və tədbirlər müntəzəm formada təşkil edilir.

AzNews.az