- Köhnə - Cəmiyyət
- 17 İyul 2017 17:02
- 20 571
25 yaşlı oğlan özünü qatarın altına atdı - Bakı metrosunda dəhşətli anlar
Bu saatlarda Bakı metrosunda dəhşətli anlar yaşanıb.
25 yaşlı gənc oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.
“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında hadisəni təsdiqləyib:
“Hadisə "Ulduz” stansiyasında qeydə alınıb. Tamerlan Ələsgərli özünü qatarın altına atıb. Gənc özünü gələn qatarın yoluna atıb. Maşinist platformaya daxil olanda onu uzaqdan görüb və qatarı saxlayıb. Polislər gənci platformadan çıxardıb. Hazırda onun nə üçün özünü öldürmək istəməsi ilə bağlı araşdırma aparılır”.
Bahar RÜSTƏMLİ
AzNews.az