02:05
(077) 610-22-33

NATO və ABŞ ekspertləri Azərbaycana gəlr

  • >
460 14 Fevral 2013 09:31 | Cəmiyyət

NATO və ABŞ ekspertlərindən ibarət qrup fevralın 18 və 19-da Azərbaycanda səfərdə olacaqlar.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardımların göstərilməsi müzakirə olunacaq. Bundan əlavə, fevralın 25-dən martın 1-dək NATO-nun təhsil üzrə işçi qrupu da Bakıda səfərdə olacaq.

Azərbaycan-ABŞ iş planına əsasən fevralın 20 və 21-də Almaniyanın Ştutqart şəhərində Azərbaycan-ABŞ işçi qrupunun görüşü keçiriləcək.

Azərbaycan hərbçiləri Böyük Britaniya ilə imzalanmış ikitərəfli əməkdaşlıq proqramına əsasən, fevralın 25-dən martın 22-dək Çexiyanın Vışkov şəhərində kiçik zabitlər üçün liderlik kursuna qatılacaqlar.

Fevralın 25-dən 27-dək Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) nümayəndələrinin hərbçilər arasında futbol üzrə 1-ci Dünya kubokunun təşkili ilə əlaqədar Azərbaycana səfər edəcəklər.

AzNews.az
Bağla X