02:07
(077) 610-22-33

Ulduz axını olacaq

  • >
2 171 3 Avqust 2017 15:10 | Cəmiyyət

Avqustun 12-dən 13-nə keçən gecə növbəti ulduz axını baş verəcək.

Trend-in məlumatına görə, "Perseida" adlandırılan bu meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Qeyd edək ki, sözügedən meteorit axını hər il 17 iyul - 24 avqust tarixlərində baş verir. Adətən onların fəallığının pik dövrü 9-13 avqust tarixlərinə təsadüf edir.

Xatırladaq ki, ötən il 2 avqust tarixində saat 22.15-dən 00.45-dək ulduz düşməsi fəallığının maksimal həddinə çatıb. Keçən ildən fərqli olaraq, bu il planetimizin sakinləri daha az “düşən ulduz” görəcəklər.

Belə ki, ötən il gecə səmasında müşahidə olunan meteoritlərin sayı 200-ə yaxın idisə, cari ildə orta hesabla saatda 80 meteorit görmək mümkün olacaq. Lakin Ayın parlaq işığı meteoritlərin bir hissəsini görməyə mane olacaq.

Qeyd edək ki, ulduz yağışı yer atmosferində xırda hissəciklərin yanması nəticəsində yaranır. Əksər meteor axınları kimi Perseida da kometa “quyruğunun” qalıqlarından yaranır. Kometa özü Yer kürəsinə yalnız 135 ildə bir dəfə yaxınlaşsa da, bizim planetimiz onun “quyruğunun” arasından hər il keçir.

AzNews.az

Bağla X