02:02
(077) 610-22-33

Tanınmış alim son mənzilə yola salındı

  • >
2 528 6 Avqust 2017 22:00 | Cəmiyyət

Xəbər verdiyimiz kimi, biologiya elmləri doktoru, professor Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də 93 yaşında vəfat edib.

AzNews.az xəbər verir ki, bu gün Azərbaycan Dövlət Aqrar Universitetində akademiklə vida mərasimi keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun kollektivi, şəhər ictimaiyyəti və mərhumun ailə üzvləri iştirak edib.

Sonra mərhumun ruhuna dualar oxunub, akademikin nəşi son mənzilə yola salınıb.

Bağla X