11:52
(077) 610-22-33

"Özümüzü həbsxanadakı kimi hiss edirik“

  • >
247 15 Fevral 2013 17:14 | Cəmiyyət

“Gün işığına həsrət qalmışıq”



Xırdalan şəhəri 26-cı məhəllə 1-ci binanın sakinləri sakinləri Lent.az-a müraciət edib. Sakinlər yaşadıqları binanın qarşısında, pəncərələrin önündə tikilən obyektdən narazıdırlar. Müraciətdə deyilir:

"Bu müraciəti sizə Xırdalan şəhəri 26-cı məhəllədən 1-ci binanın sakinlərinin adından yazırıq. Təxminən 4 ay bundan əvvəl binamızın arxasında bir iş adamı obyekt tikməyə başlayıb. Binanın arxasında yer olmadığından ağacları kəsib yerində inşaya başladılar. Tikilən obyekt iki mərtəbəlidir. Obyekt pəncərələrimizin qabağını kəsir və mənzillərimizə gün işığın düşməsinin qarşısını alıb. Eyni zamanda paltar iplərimizi də kəsib atıblar, indi paltarlarımızı qurutmaq üçün qohum-qonşunun evinə gedirik. Pəncərələrimiz bir başa daş hasara baxdığı üçün özümüzü həbsxanadakı kimi hiss edirik. Dəfələrlə Xırdalan şəhər rəhbərliyinə ərizə ilə müraciət etsək də, heç bir tədbir görülməyib. Xahiş edirik, məsələnin həlli ilə bağlı bizə kömək edəsiniz".

Fotlardan da göründüyü kimi sakinlər gün işığına həsrət qalıblar. Onların pəncərəsi önündə obyekt tikilir. İndi söz Abşeron rayon rəhbərliyinindir.

AzNews.az
Bağla X