- Köhnə - Cəmiyyət
- 12 Avqust 2017 22:28
- 3 433
Yol qəzası nəticəsində 30-dək şəxs xəsarət alıb
Polşanın Tarnobjeq şəhəri yaxınlığında avtobusun qəzaya uğraması nəticəsində 30-dək şəxs xəsarət alıb.
APA-nın verdiyi xəbərə görə, 85 nəfəri aparan ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb, nəticədə 28 sərnişin xəsarət alıb.
Hadisə yerinə 15 təcili yardım naşını və xilasedici helikopter cəlb edilib. Xəsarət alanlardan 7 nəfərin vəziyyəti kritikdir.
Qəzanın səbəbləri araşdırılır.
AzNews.az