18:51
(077) 610-22-33

Komitə sədrindən xoş xəbər

  • >
312 18 Fevral 2013 10:17 | Cəmiyyət

“Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır”



"Son dövrlər Azərbaycanda məişət zorakılığı hallarının sayı artmır. Bunun səbəbi isə əhalinin özünün daha çox bu problemlərlə bağlı məsələləri araşdırması və buna adekvat reaksiya verməsidir".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, əvvəllər baş verən zorakılıq halları qapalı şəkildə ailədə qalır və üzə çıxarılmırdı: " Amma indi belə imkanlar yaranıb ki, müraciət edən hər bir vətəndaşa vaxtında və tez bir zamanda köməklik edilir. Profilaktik işlər görərək onların qarşısını vaxtında almaq olur. Son zamanlar məişət zorakılığına əsas yaradan erkən nikahların qarşısının alması da bu halların sayının azalmasına şərait yaradıb. Artıq dövlət tərəfindən erkən nikahların qarşısı alınır və ailələrə dəstək verilir ki, onlar öz talelərini istədikləri kimi qura bilsinlər".

AzNews.az
Bağla X