Ananın səhhəti isə stabildir. Ananın səhhəti isə stabildir.

Atalığından hamilə olan 12 yaşlı ananın uşağının səhhəti ağırdır: “Süni nəfəs aparatına qoşulub”

Ananın səhhəti isə stabildir.

Bu barədə AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, bildirib ki, doğulan 6 aylıq uşağın səhhəti isə qeyri-stabil olaraq qalır:

“Doğulan uşaq qızdır. Uşaq süni nəfəs aparatına qoşulub. Biz hamılıqla həmin uşağın sağ qalmasına dua edirik. Əgər sağ qalarsa buna sahib çıxmaq lazımdır. Düşünürəm ki, o sağ qalsa 12 yaşlı uşağın anası ondan imtina etməcək. Öz uşaqları kimi onu da böyüdəcək”.

Sentyabrın 16-da 12 yaşlı qızın halı pisləşib. Uşaq Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda əməliyyat olunaraq 6 aylıq hamiləliyinə son verilib.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bahar RÜSTƏMLİ

AzNews.az