04:40
(077) 610-22-33

Mübariz Qurbanlı Putinin “dil islahatına” qarşı

  • >
455 20 Fevral 2013 17:15 | Cəmiyyət

“Bu çağırış Rusiya hakimiyyətinin rus dili vasitəsilə müəyyən ərazini təsir dairəsində saxlamaq istəyi və cəhdidir”




AzNews.az-a açıqlama verən YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı Rusiya prezidenti Vladimir Putinin "Rus dilinin istisnasiz olaraq region ölkələrində doğma dil kimi dəstəklənməsini genişləndirmək zəruri və vacib məsələdir" fikrinə etirazını bildirib. O qeyd edib ki, rus dilinin Rusiyanın öz daxilində istifadəsi normaldır, amma onun keçmiş sovet məkanında ana dili kimi istifadəsinə çağırış və onu təzyiq formasında irəli sürmək yolverilməzdir:

"Azərbaycan müstəqil dövlətdir, dövlət dili Azərbaycan dilidir və bu dil 50 milyonluq azərbaycanlının istifadə etdiyi dil olmaqla bərabər həm də yayılma coğrafiyasına, təmas qurma imkanlarına görə o qədər də geri qalan deyil".

Azərbaycanda bir sıra dillərlə yanaşı, rus dilinin də paralel fəaliyyət göstərdiyini, öyrənildiyini, tədris olunduğunu vurğulayan M.Qurbanlı qeyd edib ki, rus dili vasitəsilə dünya ədəbiyyatına, elmi-texniki ədəbiyyata sahib olmaq normaldır. Onun sözlərinə görə bu gün Azərbaycanın dünyaya çıxış baxımından rus və ingilis dilləri geniş istifadə olunan dillərdəndir, Azərbaycan dili də onlardan geri qalmır:
"Cənab Rusiya prezidenti Putinin "rus dili MDB ölkələrində ana dili kimi istifadə olunmalıdır" tezisi bir çağırış kimi də qəbil oluna bilər. Bu çağırış da Rusiya Fedarasiyasının, bütövlükdə indiki Rusiya hakimiyyətinin siyasətindən biridir, rus dili vasitəsilə və hansısa formada müəyyən ərazini təsir dairəsində saxlamaq istəyi və cəhdidir. Bizdə hansısa dil məhdudiyyəti, yoxdur, kim istəyir rus dilində, kim istəyir ingilis dilində təhsil ala bilər. Amma biz Azərbaycanda yaşayırıq, kargüzarlıq Azərbaycan dilindədir və əminəm ki, mükəmməl Azərbaycan dilini bilmək daha vacib, daha mühüm məsəslələrdən biridir, dövlət idarəçiliyində də Azərbaycan dilini mükəmməl şəkildə bilənlər iştirak edə bilər.

Gültəkin
AzNews.az


Bağla X