02:39
(077) 610-22-33

"Dərslikdə Ermənistanın iddiası olan xəritəni nəşr edənlər cəzalandırılmalıdır" - Təhsil üzrə ekspert

  • >
9 970 7 Oktyabr 2017 11:00 | Cəmiyyət

“Əgər Ermənistanın xəritəsini təbliğ etmək faktı meydandadırsa, onlar dövlət qarşısında məsuliyyətə cəlb olunmalıdırlar”.

Bunu AzNews.az-a açıqlamasında təhsil eksperti Əjdər Ağayev Azərbaycanın 10-cu sinif tarix dərsliyində Ermənistanın bayrağının təbliğ olunmasına münasibət bildirərkən deyib. Ekspert bunu dövlətə qarşı xəyanət hesab edir:

“Əlaqədar orqanlar bu işə cavabdehdir. Kitabı kim nəşr edib? Kimlər rəy yazıb? Kitabın sonunda Ermənistanın xəritəsi əks olunub, aidiyyatı şəxslər onu necə görməyiblər? Bu yanaşmalar sağlam olmayan insanların hərəkətləridir. Onların bu hərəkətlərinə qarşı mübarizə aparmaq lazımdır. Bu məsələyə birbaşa nəşriyyat cavab daşıyır. Qurum cavab verməlidir ki, niyə Ermənistanın xəritəsini təbliğ edir”?

Əjdər Ağayev onu da vurğulayıb ki, bu kitabın ərsəyə gəlməsində iştirak edən hər bir şəxs tək ictimaiyyət deyil, qanun qarşısında dayanmalıdırlar:

“Kitabı hazırlayan müəlliflər, redaktorların hər biri məsuliyyətə cəlb olunmalıdır. Onlar bizim dövlətçiliyimizə, ideologiyalarımıza, siyasətimizə qarşı ziyanlı hərəkət edib”.

Qeyd edək ki, orta məktəblərin 10-cu sinif dərsliyində Ermənistan xülyası olan xəritə yer alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az

Bağla X