21:52
(077) 610-22-33

Müəllimlərin vahid geyimi ertələndi

  • >
473 23 Fevral 2013 08:55 | Cəmiyyət

Paytaxt məktəblilərindən sonra müəllimlərin də vahid geyimə keçməsi yaxın zamanlarda mümkün olmayacaq




Bakı Tikiş Evi müəllimlər üçün bir neçə vahid geyim forması hazırlayıb təqdim etsə də, məktəblər həmin formaların müzakirəsində fəal iştirak etməyiblər.

Bunu AzNews.az-a açıqlamasında BTE - nin satış şöbəsinin müdiri Etibar Əzimov deyib. Onun sözlərinə görə, ancaq bir neçə məktəb hazırlanan vahid müəllim geyimlərini eskizləri ilə tanış olmaq üçün müraciət edib: "Bu kütləvi hal almadı, ona görə də yaxın zamanda müəllimlərin vahid formaya keçəcəyini təxmin etmirik. Bununla belə biz müəyyən nümunələr hazırlamışıq. İstənilən nümunəni də təqdim edə bilərik. Seçim artıq müəllimlərin ixtiyarındadır. İndiki halda bir neçə məktəb vahid müəllim geyimini tətbiq edir. Ancaq onlar da özləri tikdirdikləri geyimlərə üstünlük verirlər. Bakı məktəblərini müəllimlərini hamısının vahid geyim formasının müzakirəsi hələlik ciddi maraq doğurmur".

Elnarə Əlosmanqızı
AzNews.az

Bağla X