02:27
(077) 610-22-33

Azərbaycan Türkiyə ilə tank əleyhinə raket kompleksləri istehsal edəcək

  • >
751 23 Fevral 2013 12:26 | Cəmiyyət

Azərbaycan Türkiyə ilə birgə UMTAS və OMTAS tipli tank əleyhinə raket komplekslərini istehsal edə bilər. Bu barədə APA-ya İDEX-2013 sərgisində iştirak edən Türkiyə müdafiə sənayesi nümayəndə heyətindən məlumat verilib.

Azərbaycan adıçəkilən uzaq və orta mənzilli tank əleyhinə raket kompleksi layihəsini yaxından izləyir. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Türkiyədə ROKETSAN şirkətində bu raketlərlə tanış olub. Tərəflər arasında keçirilən görüşdə də Azərbaycanın bu layihədə iştirakı müzakirə olunub.

Bununla yanaşı, Azərbaycanda ROKETSAN şirkətinin iştirakı ilə 107 və 122 mm-lik raketlərin istehsalı layihəsi üzrə hazırlıq işləri son mərhələyə keçib. Yaxın vaxtlarda adıçəkilən raketlərin Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsalına başlanacaq.

AzNews.az
Bağla X