17:18
(077) 610-22-33

Rasim İldırımzadədən əsəbi reaksiya

  • >
403 25 Fevral 2013 15:02 | Cəmiyyət

“İstintaqa çağrılmağım barədə yalnız Baş Prokurorluq danışa bilər”




"Mənim istintaqa çağrılıb-çağrılmayacağım barədə yalnız Baş Prokurorluq danışa bilər. Mən isə bu barədə danışmaq istəmirəm". Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik Rasim İldırımzadə onun istintaq tərəfindən dindirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

R.İldırımzadə bildirib ki, ona istintaqa çağırılıb-çağırılmayacağı barədə heç kim heç nə deməyib.

Qeyd edək ki, bir müddət öncə Elşad Abdullayev yeni video yayıb. Videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN-in mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər. Amma bu video ilə bağlı hələ ki, nə Baş Prokurorluq, nə də daxili işlər Nazirliyi rəsmi açıqlama yayıb.

AzNews.az
Bağla X