Aygün Əliyevanın (Ad, soyad şərtidir-red) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb. Aygün Əliyevanın (Ad, soyad şərtidir-red) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb.

“Evlənəndən sonra bildim ki, ərim məndən əvvəl 5 qızı da qaçırıb” - 21 yaşlı 4 uşaq anası

Aygün Əliyevanın (Ad, soyad şərtidir-red) 21 yaşı var. 4 uşaq anası olan gənc xanım 4 aydır həyat yoldaşından ayrılıb. O, boşanandan sonra anasının yanına, Mərdəkandakı evlərinə köçüb.

AzNews.az Azvision.az-a istinadən xəbər verir ki, Aygünün burada da bəxti gətirməyib. Həmin evdə anormal hadisələr baş verdiyindən anası ilə birlikdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə sığınıb.

Aygünün dediyinə görə, həyat yoldaşı onu 13 yaşı olanda qaçırıb: “13 yaşımda ailə qurmuşam. Daha doğrusu, həyat yoldaşım məni küçədə görüb bəyənib və qaçırıb. İndi onun 28 yaşı var. Əslən bakılıyam, yoldaşım isə Qərbi Azərbaycandandır. Onun valideynləri məni qəbul etmədilər. Babası qız qaçırdığına görə, həyat yoldaşımı evdən qovmuşdu. Bizim 4 uşağımız var. Müxtəlif yerlərdə kirayələrdə qalmışıq. Biz ailəm bizə maddi baxımdan dəstək olurdu. Hətta anam yoldaşıma maşın almışdı. Evlənəndən sonra bildim ki, ərim məndən əvvəl 5 qızı da qaçırıb. Ancaq qızlar sonradan ondan uzaqlaşıblar. Mən isə uşaqlara görə gedə bilmirdim. Əslində uşaqların dünyaya gəlməsinə səbəbkar anam idi. Deyirdi ki, tələf etmə, günahdır. Mən uşaq istəmirdim.

Ərimlə normal həyat sürməmişəm. Həmişə ağır işlər görməyə məcbur edilmişəm.

Bilgəhdə kirayə bağ evində qalırdıq. Qızıma hamiləydim. Ərim məni məcbur edirdi ki, böyük “şlanq”larla bağı sulayım. Ona hamiləyəm, edə bilmədiyimi deyəndə, məni döyməyə başlayırdı”.

Müsahibin sözlərinə görə, həyat yoldaşı onu 4 aydır tərk edib: “Dostlarının fitvasına gedib məni döyürdü. 4 aydır ki , birgə yaşamırıq. Bizi axtarmır, uşaqlarla da maraqlanmır. Deyir ki, bura qədərdir, ayrılmalıyıq. Bəlkə də həyatında başqası var. Bilmirəm. Rəsmi nikahmız olmadığından uşaqlarımın sənədləri yoxdur. Aliment ödəmək istəmir. Qaynanam evlilik müddəti ərzində cəmi bir dəfə bizim evə baş çəkib. Bundan sonra öz nəvələri ilə bir dəfə də olsa maraqlanmayıb.

Axırda dözə bilmədim, anamın evinə getdim. Mərdəkandakı evimizdə çox qala bilmədim. Həmin evdə gözümə qara qüvvələr, qara adamlar görsənirdi. Qorxudan yaşaya bilmirdim. Evimizi satışa qoymuşuq. Hələlik sığınacaqda qalırıq. Anam aşpaz köməkçisi işləyirdi, ancaq mənə görə işdən çıxmalı oldu. Uşaqlarıma baxmaq lazım idi. Anam və bacım həmişə uşaqlarımın qayğısına qalıblar. Bacım şəhərdə kirayə qalır.Uşaqları internat məktəbinə yerləşdirib, işləmək istəyirəm. Başqa çıxış yolum qalmayıb”.