09:50
(077) 610-22-33

Əkrəm Əylisli Azərbaycandan həmişəlik köçür

  • >
270 27 Fevral 2013 14:19 | Cəmiyyət

"Yazdıqlarım kitablardan çıxarıldı, əsərlərim teatrlarda oynanılmır, yaşamaq çətindir"

"Daş yuxular" romanı ilə Azərbaycanda böyük qalmaqala səbəb olan yazıçı Əkrəm Əylisli Türkiyəyə köçür. Modern.az-ın məlumatına görə, bu barədə türk mətbuatına müsahibə verən sabiq xalq yazıçısı artıq Azərbaycanda yaşamağın çətin olduğunu söyləyib.

"Azərbaycanda o qədər hadisə oldu ki, . Ölkəmdən getməyə qərar versəm, Türkiyəyə gedərəm. Özümü ölkəmdən sonra yaxşı hiss edə biləcəyim yer Türkiyədir. Çünki biz qardaş ölkələrik. Amma kiminsə məni dəvət etməsi lazımdır. Onsuzda gəlinim də İstanbuldandır".

Keçmiş Xalq yazıçısı müsahibəsində azərbaycanlı ziyalıları qorxaq adlandırıb. "Mənim düşüncələrimə həmişə dəstək veriblər. Amma məsələ odur ki, əmək haqqını dövlətdən alanlar öz fikirlərini deyə bilmirlər. Azad insanlar məni dəstəklədiklərini açıq-aydın söyləyirlər. Türkiyədən də mənə bir qrup yazar dəstək oldu. Amma heç bir siyasətçi mənə zəng etmədi. Əgər Türkiyə dövləti məni dəvət etsə, mən Türkiyəyə gedə bilərəm. Türkiyə vətəndaşlarından, ziyalılardan aldığım dəstək mənə həmişə yaxşı gəlib. Amma bizim ziyalıların çoxu qorxaqdır, öz düşüncələri ilə yaşamırlar".

Yazıçı onun əsərinə reaksiya verənlərin çoxunun əsəri oxumadığını deyib. "Mənim əsərimlə bağlı reaksiya verənlərin 99% onu oxumayanlardır. Mən əsərdə qələmə aldığım azərbaycanlılar çox ucadırlar, ermənilər sadəcə onların istədiyi kimi pis deyil. Bizimkilər istəyirlər ki, ermənilər alçaq görünsün. Bu təxribatla Dağlıq Qarabağı özümüzə yaxınlaşdıra bilmərik"-deyə, Ə.Əylisli bildirib..

Xocalı soyqırımı ilə bağlı danışan yazıçı bildirib ki, "elə düşünürlər ki, mən Xocalı üçün pis olmuram. Bu necə ola bilər axı? Mən necə üzülməyə bilərəm?"

AzNews.az
Bağla X