Mingəçevir şəhərində tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub. Mingəçevir şəhərində tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub.

Naməlum kişi meyiti tapıldı - Yenilənib

Mingəçevir şəhərində tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, bu, şəhər sakini Tahir Əliyevdir.

Məlumata görə, T.Əliyev tüfeyli həyat tərzi yaşayıb, əyyaşlıqla və avarlıqla məşğul oilduğundan küçələrdə gecələyib. Onun meyiti müayinə olunduqdan sonra yaxınlarına verilsə də hələ ki, yaxınları meyiti götürməkdən imtina edib. Meyit hələlik Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsində saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

09:46

Mingəçevir şəhərində naməlum kişi meyiti tapılıb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, meyit şəhərin 20 yanvar küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsində yerləşən yaşıllıq zolağında aşkarlanıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə yerləşdirilib.

Ölənin şəxsiyyəti və ölüm səbəbi araşdırılır.