- Köhnə - Cəmiyyət
- 14 Dekabr 2017 20:53
- 3 859
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri artırılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzNews.az xəbər verir ki, əsasnamənin 5.6.12-ci yarımbəndinə (vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır“) edilən dəyişikliyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları həqiqi hərbi xidmətə və işə qəbul etməklə yanaşı, eyni zamanda işdən azad edəcək.