08:33
(077) 610-22-33

Təhsil Nazirliyi gənc mütəxəssislərə ayrılan pulları necə mənimsəyir?

  • >
416 1 Mart 2013 20:27 | Cəmiyyət

Ayrı-seçkilik, yoxsa mənimsəmə faktı?



AzNews.az-a müraciət edən Bərdə rayon Şahvəlilər kəndində müəllim işləyən Məmmədov Şəhriyar Məmməd oğlu gənc mütəxəssislərə şamil edilən güzəştlərdən yararlana bilmədiyini vurğulayıb. Gənc müəllimin sözlərinə görə, 2012/2013-cu tədris ilində müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edib:

"Yaşadığım rayondan uzaq olmasına baxmayaraq, Bərdə rayon Şahvəlilər kəndini seçdim. Şahvəlilər kəndi rayon mərkəzindən 26 kilometr uzaqda olmasına baxmayaraq Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli Qərarın əsasən rayon mərkəzindən 20 km uzaqda yerləşən təhsil müəssislərində isə başlayan 35 yaşına qədər gənc mütəxəssislərə şamil edilən heç bir güzəşt mənə şamil edilmir. Bununla əlaqədar rayon təhsil şöbəsinə dəfələrlə müraciət etmişəm, ancaq mənə heç bir kömək göstərilməyib".

AzNews.az aylıq məvacibinin 124 manat olduğunu deyən müəllimin müraciəti ilə bağlı Bərdə rayon təhsil şöbəsinə müraciət edib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, gənc mütəxəssislərə güzəştlərin şamil edilməsində müəyyən limit var və yerli təhsil şöbələri Təhsil Nazirliyindən daxil olan məktuba əsasən hərəkət edirlər:

"Şəhriyar müəllim kimi daha 10 kadr var ki, onlarla bağlı da eyni cavab verilib. Bu müəllimlərini adını qarşısında həvəsləndirmə tədbirini olmadığı qeyd olunub. Nazirlik belə məktub göndərdiyi halda biz necə onun üçün müavinət ayıra bilərik? Məsələn, rayon mərkəzindən 20 km məsafədə yerləşən Çələbilər kəndində iki müəllimdən birinə bu həvəsləndirici tədbirlər şamil edilir, digərinə isə yox. Səbəbinin biz də bilmirik. Nazirlikdən daxil olan məktuba əsasən hərəkət etmək məcburiyyətindəyik".

Mövzunu diqqətdə saxlayacağıq.

Elnur Əzimov
AzNews.az

Bağla X