00:15
(077) 610-22-33

Magistraturaya qəbul imtahanının birinci mərhələsi başa çatdı

  • >
1 001 3 Mart 2013 17:02 | Cəmiyyət

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib





Saat 13.00-da başlayan imtahan 15.30-da başa çatıb.

İmtahan respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan, 2543 nəfəri isə rus bölməsi üzrə imtahan verib. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızdır. Bakalavrlardan 11963 nəfəri cari ilin, 9660 nəfəri isə əvvəlki illərin məzunudur. İmtahanda iştirak edən ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənci isə 1994-cü il təvəllüdlüdür. Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçirilib. Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavr imtahan verib. İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1638 nəzarətçi-müəllim cəlb olunub.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edib. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanıb, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.

Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunub.

AzNews.az
Bağla X