00:11
(077) 610-22-33

Ombudsman dustaqların durumunu yaxşılaşdırmağı təklif etdi

  • >
299 4 Mart 2013 15:25 | Cəmiyyət

“Həbsdə saxlanan şəxslərin qida, tibbi yardım və dərmanla təminatının yaxşılaşmasına ehtiyac var”



Ötən il Ombudsman Elmira Süleymanovanın vəsatəti ilə 40 məhkum əfv olunub. APA-nın xəbərinə görə, bu barədə ombudsman Elmira Süleymanovanın 2012-ci il üçün illik məruzəsində qeyd edilib. Ümumilikdə fəaliyyəti dövründə ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib.

Məruzədə qeyd edilib ki, ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı ombudsmana 1833 müraciət daxil olub. Müraciətlərdə məhkəmə hökmlərindən narazılıq, bəzən əməkdaşlar tərəfindən təzyiqə məruz qalma, müayinə və müalicə ilə əlaqədar müraciətlərə baxılmaması, dərmanların verilməməsi, kameraların yayda həddən artıq isti olması, cəzadan azad edilmiş şəxslərə birdəfəlik pul müavinətinin verilməməsi öz əksini tapıb: "Baxışlar göstərir ki, həbsdə saxlanılan şəxslərin və məhkumların qida, tibbi yardımla və dərman preparatları ilə təminatının yaxşılaşmasına ehtiyac var".

AzNews.az
Bağla X