04:09
(077) 610-22-33

“Şəffaf və Ədalətli Seçkilər Uğrunda“ Vətəndaş Cəmiyyəti Koalisiyası təsis olundu

  • >
832 6 Mart 2013 16:22 | Cəmiyyət

Bu gün, Helsinki Vətəndaş Assambleyasının ofisində "Şəffaf və Ədalətli Seçkilər Uğrunda" Vətəndaş Cəmiyyəti Koalisiyasının təsis yığıncağı keçirilib. Təsis yığıncağında qurumun əsasnaməsi qəbul olunub, 9 (doqquz) nəfərdən ibarət İdarə Heyəti və 3 (üç) nəfərdən ibarət Nəzarət Təftiş Qrupu formalaşıb.

Təsis yığıncağında qərara alınıb ki, mart ayı ərzində "Şəffaf və Ədalətli Seçkilər Uğrunda" Vətəndaş Cəmiyyəti Koalisiyasının ictimaiyyət üçün geniş təqdimat mərasimi keçirilsin.

Daha sonra Koalisiya İdarə Heyətinin ilk iclası keçirilib. İclasda Koalisiyanın strukturu müəyyən olunub, fəaliyyət planı təsdiq edilib və əsasnaməyə uyğun olaraq Arzu Abdullayeva qurumun 1 (bir) aylıq müddətə keçici sədri, Taleh Əliyev isə 1 (bir ) il müddətinə Koordinatoru seçilib.

"Şəffaf və Ədalətli Seçkilər Uğrunda" Vətəndaş Cəmiyyəti Koalisiyasının İdarə Heyətinə Arzu Abdullayeva, Mehman Əliyev, Şahvələd Çobanoğlu, Mehdibəy Səfərov, Əli Abbasov, Mübariz Tağıyev, Elçin Abdullayev, Rafiq Tamrazov və Taleh Əliyev üzv seçilib.

Koalisiyanın Nəzarət Təftiş Qrupuna isə Sevil Allahverdiyeva, Nəsrullah Nurullayev və
Elşən Nağıyev üzv seçilib.

AzNews.az

Bağla X