İsmayıllı rayonunda əl qumbaraları tapılıb. İsmayıllı rayonunda əl qumbaraları tapılıb.

Ağac əkərkən əl qumbaraları tapdı

İsmayıllı rayonunda əl qumbaraları tapılıb.

AzNews.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü İsmayılov Teymur Tahir oğlu yaşadığı evin qarşısında, yolun kənarında ağac əkmək üçün quyu qazarkən torpağın altından 2 ədəd əl qumbarası tapıb.

T. İsmayılov dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları həmin əraziyə gələrək partlayıcıları zərərsizləşdiriblər. Şəhərin Babadağ küçəsində, torpağın altında başqa əl qumbaralarının da olduğu ehtimal edilir. Ona görə də polis əməkdaşları T. İsmayılova torpaqda qazıntı işlərini dayandırmağı məsləhət görüblər. Partlayıcıların torpağa kim tərəfindən və nə vaxt basdırılması hələ məlum deyil.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hadisə yerinə ANAMA əməkdaşları çağırılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.