Sabirabad rayonunda kütləvi davanın təfərrüatı məlum olub. Sabirabad rayonunda kütləvi davanın təfərrüatı məlum olub.

“O buna sillə, bu ona təpik...” - Sabirabaddakı kütləvi davanın təfərrüatı

Sabirabad rayonunda kütləvi davanın təfərrüatı məlum olub.

Rayonun Qaragüney kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, davaya səbəb heyvanların mal-qara üçün ayrılan otlaq sahəsinə girməsi olub:

“İki kəndin arasında sərhəd ərazi var. Orada sakinlərə mal-qara üçün otlaq sahələri ayrılıb. Birinin heyvanlar qarşı tərəfin otlaq sahəsinə keçib. Bunu görən cavanlar mübahisə edib. Mübahisə böyüyüb, o buna sillə, bu ona təpik...Onlardan da biri Mahirin velosipedini əlindən alıb. Onlar da dərhal şikayət edib. Hər iki tərəfin adamları döyülüb və xəsarət alıb”.

Qeyd edək ki, Sabirabad rayonunda kütləvi dava baş verib. Rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov Nizami kənd sakinləri Mahir Hidayətov, Murad və Nicat Cəbrayılov qardaşlarını döyüb. Bundan əlavə M.Hidayətovun velosipedi və mobil telefonu əlindən alınıb.

Bahar RÜSTƏMLİ

AzNews.az