Bakıdakı “Təbrik” restoranı klanert ifaçılarının ittihamlarına aydınlıq gətirib. Bakıdakı “Təbrik” restoranı klanert ifaçılarının ittihamlarına aydınlıq gətirib.

“Versinlər məhkəməyə” - “Təbrik”dən klarnet ifaçılarına cavab

Bakıdakı “Təbrik” restoranı klanert ifaçılarının ittihamlarına aydınlıq gətirib.

Restoranın Akif adlı administratoru AzNews.az-a açıqlamasında “Təbrik” şadlıq evində heç bir musiqiçinin məcburi işlədilmədiyini deyib:

“Biz onları tanımırıq. Bilmirik kimdir, nəçidir. Deyirlər, ittiham edirlər. Adama deyərlər ki, mən 1 manat verirəm, siz niyə bu qiymətə işləyirsiniz? Getməyin də. İkincisi, heç kəsi məcbur işlətmirlər. Hər kəs özü gəlib rəhbərliklə danışıb, razılaşıb və səhnəyə çıxır. Onların ayağından, dilindən dartan yoxdur ki, gəl işləsinlər. Onlar bizə lazım deyil. Məhkəməyə versinlər. İsləyirsən, işlə, işləmirsən, xoş getdin. Musiqiçilər danışılası adam deyil, onların bir dənə düz sözü yoxdur”.

Qeyd edək ki, Azərbaycanın tanınmış klarnet ifaçılarının qeyri-rəsmi yığıncağı keçirilib.Gənc ifaçılar - Kamil Rəhimov, Pərviz Fərhadov və Səmral Rüstəmovun təşəbbüsüylə keçirilən yığıncaqda “Təbrik” şadlıq evinin klanert ifaçılarına hörmətsizlik etdiyini, 7-8 manata işlədildiyini və aşağılandıqlarını vurğulayıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az