06:30
(077) 610-22-33

Fəhlələr imtahan veriblər

  • >
234 1 Aprel 2013 16:15 | Cəmiyyət

Bu gün – aprelin 1-də Azərbaycan Dövlət Neft Şirkətinin Sumqayıt Təlim-Tədris Mərkə­zində (STTM) gənc mütəxəssis-fəhlələrin ilk buraxılış imtahanı olub. "Azəri­kim­ya" İstehsalat Birliyinin, ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi rəhbər­li­yi­nin iştirakı ilə keçirilən imtahan zamanı səna­ye müəssisələri, o cümlədən kimya sənayesi üçün mühüm peşələrdən biri olan tornaçı ixti-sası üzrə texniki peşə təhsili almış 12 nəfər gənc imtahan komissiyası qarşısında öz nə­zə­ri biliklərini və praktiki bacarıqlarını nümayiş etdirib.
ARDNŞ-in vitse-prezidentinin müşaviri Asif Şəfəqqətovun sədrlik etdiyi imtahan komissiyası, o cümlədən "Azərikimya" İB-nin baş mütəxəs­sisləri qarşısında peşə imtahanı verən tələbə-tornaçılar da yanvar-fevral aylarında Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşə­kar tornaçıların və STTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin nəzarəti altın­da istehsalat təcrübəsində olub, müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələniblər.
STTM -in ilk məzun­ları müvafiq nəzəri bilik və praktik bacarıq nümayiş etdirərək, sabahın gənc torna­çıları kimi istehsalata vəsiqə alıb.
Tədbirdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov STTM-in rəhbərliyini və gənc tornaçıları ilk buraxılış münasibətilə təbrik edib, məzunlara gələcək əmək fəaliyyətlərində uğurlar arzula­yıblar.(modern.az)

AzNews.az
Bağla X