09:36
(077) 610-22-33

Elçin Şıxlı:“Xalidə Xalid adda adam tanımıram“

  • >
216 1 May 2013 15:12 | Cəmiyyət

Ötən gün İranda saxlanılan Xalidə Xalid haqqında Azərbaycan Jurnalistlər Birliyində (AJB) araşdırma aparılır. Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Modern.az-a bildirib ki, Xalidə Xalidin Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub-olmaması ilə bağlı arxivlər yoxlanılır:

"Onu Jurnalistlər Birliyinə fəal gəlib-gedən, yaxud da nə isə bir iş görən kimi tanımıram. 2006-cı ildən AJB-nin sədriyəm, Xalidə Xalid adda adam tanımıram. Müavinimə də zəng vurdum. O, hamını tanıyır. Məndən də AJB-də əvvəl çalışır. O da həmin xanımı tanımır. Dedi arxivləri araşdırırıq, görək sənədlər varmı. Sovet dövründə Jurnalistlər Birliyinin üzvü olanlar kitabçalarını götürüb o gedən gediblər. Hələ də elə bilirlər ki, Jurnalistlər Birliyinin üzvüdürlər. Birliyə üzv olmaqdan ötrü hər il gəlib öz üzvlüyünü təsdiq edəsən. Xalidə Xalid yəqin ki, üzvlükdən çıxıb. Əlində köhnə kitabça var deyə, elə hesab edir ki, hələ də Jurnalistlər Birliyinin üzvüdür. Bu o demək deyil ki, o, jurnalist deyil. Sadəcə olaraq mən onu tanımıram. İndi araşdırmalar aparırıq, onun sənədləri tapılsın görək o neçənci ildə Jurnalistlər Birliyinin üzvü olub. Nizamnaməyə görə artıq çoxdan üzv deyil".

Elçin Şıxlı onu da bildirib ki, İranda həbs olunan Xalidə Xalidin nə müdafiə tədbiri olacaqsa, onun müdafiəsinə qoşulacaq:

"Mən ondan imtina etmirəm. Ola bilər ki, o lap sovet dövründə və ya 15 il bundan əvvəl Jurnalistlər Birliyinə üzv olsun. O vaxtdan da kitabçasını götürüb çıxıb. Ondan sonra Jurnalistlər Birliyini tanımır. Çünki ya kitabça, ya da ev lazım olanda, ya da pensiyaya çıxanda Jurnalistlər Birliyi yada düşür".

AzNews.az
Bağla X