18:05
(077) 610-22-33

Saakaşvili ölkəsinin Rusiyadan təbii qaz almasının əleyhinədir

  • >
347 7 May 2013 16:14 | Cəmiyyət

Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin Rusiyadan təbii qaz alması ideyasını dəstəkləmir.

APA-nın xəbərinə görə, M. Saakaşvili bunu Bakıda jurnalistlərə verdiyi açıqlamada deyib. O bildirib ki, Gürcüstanın yeni hökumətinin nümayəndələri ölkənin Azərbaycandan enerji asılılığına son qoyulması və Rusiyadan qaz idxalına ciddi alternativ kimi baxılması haqda çox qəribə bəyanat veriblər: "Ötən dövrdə biz Rusiyadan müəyyən miqdarda qaz alırdıq, lakin Rusiyaya enerji təminatında ciddi alternativ kimi baxılması Gürcüstanın müstəqil siyasətinə yenidən baxılması deməkdir".

Xatırladaq ki, Gürcüstanın enerji naziri Kaxa Kaladze Gürcüstanın Rusiyadan təbii qaz idxalını bərpa edə biləcəyini açıqlayıb.

AzNews.az
Bağla X