22:56
(077) 610-22-33

“Bu, Anar müəllimin öz işidir...”

  • >
318 13 May 2013 12:11 | Cəmiyyət

"Azərbaycan Yazıçılar Birliyi növbəti qurultayını payızda keçiriləcək". Bunu AzNews.az-a Yazıçılar İttifaqının mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu deyib.

Onun sözlərinə görə, qurultayın keçirilməsi sözügedən qurumdan asılı deyil: "Demək olar ki, biz qurultaya hazırıq. Son hazırlıq mərhələsi də davam edir. Qonaqların dəvət olunması, tədbirlərin keçirilməsi kimi işlər var. Buna görə də qurultay sentyabrın ortalarına qalıb".

"Anar müəllim birliyin sədri olmaq üçün yenidən namizədliyini irəli sürəcəkmi?" sualımıza isə Ə.Əsgəroğlunun cavabı belə oldu:

"Anar müəllimin namizədliyini irəli-sürüb sürməməsi ancaq qurultay qabağı bilinəcək. Anar müəllim qalmaq istəyir, yoxsa getmək? Bu artıq onun öz işidir, heç kəs buna qarışa bilməz".

Bahar Rüstəmli
AzNews.az

Bağla X