01:09
(077) 610-22-33

Pensiyalarda artım müşahidə edildi

  • >
371 14 May 2013 09:44 | Cəmiyyət

Azərbaycanda pensiyaların orta məbləğində artım müşahidə olunub.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) SalamNews-a verilən məlumatda bildirilir ki, bu il aprelin 1-nə olan vəziyyətə fond sistemində 1271,5 min pensiyaçı qeydiyyatda olub və ölkə əhalisinin 13,8 faizini təşkil edib.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 152,9 manat təşkil edərək orta aylıq əmək haqqının 37,8 faizinə bərəbər olub.

Bu ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 605,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,5 milyon manat və ya 1,1 faiz çox vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, aprel 1-nə 311 min nəfərə sosial müavinətlər təyin olunub. Bu ilin üç ayında Azərbaycan qarşısında xüsusi xidmətlər göstərmiş 35 min nəfər aylıq təqaüd alıb. Ölkədə 123,3 min ailənin 542,8 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə orta hesabla 26,8 manat ödənilib.

AzNews.az
Bağla X