19:11
(077) 610-22-33

Ziya Məmmədov həmkarları ilə cari layihələri müzakirə etdi

  • >
453 23 May 2013 20:12 | Cəmiyyət

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunun illik sammiti çərçivəsində müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirib.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Cavid Nəcəfov bildirib.

Ziya Məmmədov Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiyalar naziri Binali Yıldırım, Moldovanın nəqliyyat və yol iqtisadiyyatı naziri Anatoli Şalaru və Latviyanın nəqliyyat naziri Anriys Matislə görüşüb.

İkitərəfli görüşlər zamanı azərbaycanlı nazir və həmkarları cari birgə layihələri və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə ediblər.

AzNews.az
Top xəbərlər
Bağla X