09:25
(077) 610-22-33

“İRƏLİ“ “XXI əsrin liderləri”-ində

  • >
483 3 Avqust 2012 08:38 | Cəmiyyət

5-11 avqust 2012-ci il tarixində Rusiya Federasiyasının Rostov şəhərində Rusiya Gənclər İttifaqı tərəfindən hər il təşkil olunan "XXI əsrin liderləri" yay düşərgəsi keçiriləcək. Azərbaycanı tədbirdə "İRƏLİ" İctimai Birliyinin üzvlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil edir. AzNews.az-a "İRƏLİ" İctimai Birliyinin mətbuat xidmətindən Nəzakət Əliyevanın bildirdiyinə görə, düşərgənin əsas məqsədi müxtəlif ölkələrin gənc liderlərini bir arada toplayıb, gənclərlə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparmaq, eyni zamanda, yeni əməkdaşlıqların qurulmasıdır. Düşərgə müddətində gənclərə müxtəlif mövzularda seminar, təlim və praktiki çalışmalar keçiriləcək. Qeyd edək ki, "İRƏLİ" İctimai Birliyi Azərbaycanın ən fəal təşkilatı olaraq müxtəlif beynəlxalq layihələr və düşərgələrdə yaxından iştirak edir.
Sevinc
AzNews.az
Bağla X