Polad Bülbüloğlu : “Qonorardan imtina etdim”- Eksklüziv

"Mən Qarabağ mövzusunda olan "Dolu" filminə bəstələdiyim musiqiyə görə qonorar ala bilməzdim. Vətən uğunda son damla qanına qədər döyüşən igidlərimizin qəhrmanlıqlarından bəhs edən əsərə musiqi yazmaq mənim borcum idi". Bu sözləri AzNews.az-a Rusiyadakı səfirimiz, xalq artisti Polad Bülbüloğlu deyib. O, vaxtının az olmasına baxmayaraq, filmin üzərində böyük həvəslə işlədiyini vurğulayıb.

Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən bu filmin ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərovdur. Filmin premyerası 2 avqust 2012-ci ildə Nizami Kino Mərkəzində keçirilən Milli Kino günündə olub.


Yaşar

AzNews.az